Rus və Azərbaycan bölməsi üzrə hazırlıqlar | +994702468642

Tuesday, June 7, 2022

II və III ixtisas qrupları üzrə imtahan nəticələri elan edilib

İmtahan nəticəsini iş nömrəsini 7727- yə göndərməklə və ya dim.gov.az saytına daxil olaraq öyrənə bilərsiniz.

II və III ixtisas qrupları üzrə 21-22 may 2022-ci il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər  8 iyun saat 10:00-dan 10 iyun saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 12 iyun 2022-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

Qeyd edək ki, ll ixtisas qrupu üzrə ən yüksək nəticəni (394 bal) 2 nəfər toplayıb. lll qrup üzrə isə ən yüksək nəticə 391.2 bal olub.

Bizimlə əlaqə:

Icon Icon Icon Icon Icon Icon