Rus və Azərbaycan bölməsi üzrə hazırlıqlar | +994702468642

Thursday, July 21, 2022

Videodərs qruplarına qeydiyyat başladı

Dəyərli abituriyentlərimiz, MİQ və Sertifikasiya imtahanına hazırlaşan müəllimlərimiz çoxdandır sizin üçün hazırladığımız yeni layihəni bölüşməkdən sevinc hissi duyuruq.

Hipotez Təhsil və İnkişaf Mərkəzinin "Videodərs qrupları"na qeydiyyatdan keçə bilərsiniz. Videodərs qruplarına qoşulmaqla nə əldə edəcəksiniz?

Wednesday, June 8, 2022

Azərbaycanda bir ilk - Sizə faydalı

Azərbaycanda ilk dəfə olaraq biz HİPOTEZ Təhsil və İnkişaf Mərkəzi Sizləri düşünərək Rus bölməsi abituriyentlərimizə dəstək məqsədilə bütün qruplar üzrə qəbul imtahanlarının suallarını ətraflı, sadə və asan video izah şəklində yayımlayır.

Tuesday, June 7, 2022

II və III ixtisas qrupları üzrə imtahan nəticələri elan edilib

İmtahan nəticəsini iş nömrəsini 7727- yə göndərməklə və ya dim.gov.az saytına daxil olaraq öyrənə bilərsiniz.

II və III ixtisas qrupları üzrə 21-22 may 2022-ci il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər  8 iyun saat 10:00-dan 10 iyun saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Tuesday, May 24, 2022

Hipotez Təhsil və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

28 mart 2020-ci il tarixində, Rus və Azərbaycan bölmələri üzrə riyaziyyat və məntiq hazırlığı müəllimi Əzizə Xudaverdiyeva tərəfindən yaradılmış "online_riyaziyyat" təhsil platforması fəaliyyətə başlamışdır. Bu və digər sosial platformalar (Facebook, YouTube, Telegram) vasitəsilə, fəaliyyət istiqamətimiz olan təhsilimizə və şagirdlərimizə öz dəstəyimizi göstərmiş, qısa zamanda sizin güvən və sevginizi qazanmağa nail olmuşuq.